HAQQIMIZDA
HEKAYƏMİZ
YOLUN SONU DÜŞƏRGƏNİN BAŞLANĞICIDIR
Kampa olan sevgimiz uşaqlıqdan başlayır. Dağlara, meşələrə, dənizə gedən hər səfərdə gördük ki, yaxşı avadanlıq səyahəti tamamilə dəyişir: çadır daha tez qurulur, gecə daha isti keçir, maşın daha uzağa gedir.
4wheel.az-ı ona görə yaratdıq ki, Azərbaycanda offroad və kamp həvəskarları keyfiyyətli avadanlığı bir yerdən, sınanmış şəkildə ala bilsinlər. Satdığımız hər məhsulu əvvəlcə özümüz yolda yoxlayırıq, bəyəndiklərimizi seçərək mağazamıza əlavə edirik.
01
ÖZÜMÜZ SINAYIRIQ
Mağazaya düşən hər məhsul əvvəlcə bizim səfərlərimizdən keçir.
02
DÜZGÜN MƏSLƏHƏT
Maşınına və səyahət tərzinə uyğun olanı seçməyə kömək edirik, lazım olmayanı satmırıq.
03
QURAŞDIRMA VƏ SERVİS
Dam rəfindən bucurqada qədər quraşdırmada kömək edir, satışdan sonra da yanında oluruq.
